2019-cu ildə ən çox qol vuran futbolçular SİYAHI

2019-cu ildə ən çox qol vuran futbolçuların siyahısı müəyyənləşib.

Komanda.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) il ərzində milli çempionatlarda ən çox qol vuran oyunçuların siyahısını açıqlayıb.

Cədvələ Qətərin “Əl-Sədd” klubunda çıxış edən əlcəzairli Bağdad Bunedja başçılıq edir. Onun aktivində 39 qol var.

“Barselona”nın kapitanı Lionel Messi bu baxımdan 2-ci pillədə qərarlaşıb.

İlk “üçlüy”ü isə PSJ-nın hücumçusu Killian Mbappe qapayır.

Siyahıda 22 və daha çox qol vuran futbolçular yer alıb:

  1. Bağdad Bunedja (Əlcəzair/”Əl-Sədd”) – 39 qol
  2. Lionel Messi (Argentina/”Barselona”) – 36
  3. Kilian Mbappe (Fransa/PSJ) – 33
  4. Mbaye Dianye (Seneqal/”Qalatasaray”) – 30
  5. Duşan Tadiç (Serbiya/”Ayaks”) – 28
  6. Luk de Yonq (Hollandiya/PSV) – 28
  7. Fabio Kvalyarella (İtaliya/”Sampdoriya”) – 26
  8. Haris Seferoviç (İsveçrə/”Benfika”) – 23
  9. Jillaum Oaru (Fransa/”Bern”) – 23
  10. Robert Levandovski (Polşa/”Bavariya) – 22
  11. Nikola Pepe (Fil Dişi Sahili/”Lill”) – 22
  12. Pyerr-Emerik Obameyanq (Qabon/”Arsenal”) – 22
  13. Kşiştof Pyontek (Polşa/”Cenoa”,”Milan”) – 22
  14. Duvan Zapata (Kolumbiya/”Atalanta”) – 22
  15. Məhəmməd Salah (Misir/”Liverpul”) – 22
  16. Sadio Mane (Seneqal/”Liverpul”) – 22
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button