
“Arsenal” Alvareslə çempionluq yarışı məsələsini tam bağlamış olardı”
Keçmiş futbolçu Qari Lineker Xulian Alvaresin “Arsenal”a mümkün transferi ilə bağlı yayılan şayiələrə münasibət bildirib.
Mətbuatda yayılan məlumatlara görə, London klubu argentinalı hücumçunu “Atletiko”dan transfer etməkdə maraqlıdır və bu keçid təxminən 92 milyon avroya başa gələ bilər.
Komanda.az xəbər verir ki, ingiltərəli sabiq futbolçu “The Rest is Football” proqramında fikrini belə ifadə edib:
“Bu tip futbolçular, bildiyiniz kimi, həlledici anların öhdəsindən gələ bilirlər – o, axı dünya çempionudur. “Arsenal” belə bir oyunçu ilə çempionluq yarışı məsələsini tam bağlamış olardı”.
Alvaresin adı son vaxtlar “Barselona” ilə də hallanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



