Nigeriyalı futbolçu İngiltərə nəhənglərinin hədəfində

Fransanın “Lill” klubunun hücumçusu Viktor Osimen karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı futbolçu “Mançester Yunayted” və “Arsenal”ın transfer hədəfindədir. Hər iki klubun futbolçunu cari mövsümün sonunda heyətinə qatmaq istədiyi və danışıqlara hazır olduğu bildirilir.

“Lill” Viktorun transfer qiymətini 70 milyon funt-sterlinq olaraq dəyərləndirib.

Nigeriyalı futbolçunun “Lill”lə müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub. O, cari mövsümdə iştirak etdiyi 38 oyunda 18 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button