“Liepaya” Əsgərovsuz xal itirdi

Futbol üzrə Latviya çempionatında 28-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Liepaya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda RFS-lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 3:3.

Vüqar bu matçın iştirakçısı olmayıb. Cari mövsümdə 8 qol vuran futbolçumuz bu oyunun iştirak ərizəsinə də daxil edilməyib.

“Liepaya” hazırda 29 xalla 9 komanda arasında 6-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button