Lempard keçmiş komanda yoldaşını istəmədi

İngiltərə millisinin sabiq üzvü Eşli Koul formasını geyindiyi “Derbi Kaunti” klubundan ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə Çempionşip təmsilçisinin rəsmi saytı məlumat yayıb. Koulun müddəti başa çatan müqaviləsi yenilənməyib.

Koulla 2019-cu ilin yanvarında mövsümün sonuna qədər müqavilə imzalanmışdı. 38 yaşlı müdafiəçi Frenk Lempardın rəhbərlik etdiyi “Derbi Kaunti” ilə 12 qarşılaşmada iştirak edib.

Koul və Lempard 2006-2014-cü illər aralığında “Çelsi”də birgə forma geyiniblər. Koul 107 dəfə də İngiltərə millisinin uğurları üçün çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button