Klub avtobusu aşdı, 2 futbolçu xəsarət aldı FOTO

Latviyanın RFŞ klubunun avtobusu qəza keçirib.

Komanda.az xəbər verir ki, komanda üzvlərini yoxlama matçından gətirən avtobus bir maşınla toqquşub və aşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb. İki futbolçu və bir işçi ilkin müdaxilədən sonra xəstəxanaya aparılıb. Futbolçulardan biri burnundan əməliyyat olunacaq. Digər yaralıların durumu isə yaxşıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button