Latviya klubu “Sabah”a rəqib oldu

“Sabah”ın Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi dəqiqləşib.

Komanda.az xəbər verir ki, Bakı klubu bu raundda Latviyanın RFS komandası ilə üz-üzə gələcək.

Latviya təmsilçisi 1-ci təsnifat mərhələsinin cavab görüşündə Şimali Makedoniyanın “Makedoniya” kollektivinə 4:1 hesabı ilə qalib gəlib. Meydan sahibləri ilk görüşdə də rəqibini üstələmişdi – 1:0.

Xatırladaq ki, “Sabah” RFS-ə qarşı ilk matçını iyulun 27-də səfərdə, cavab görüşünü isə bir həftə sonra evdə keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button