
Laporta Super Liqa layihəsindən uzaqlaşmağın səbəbini açıqladı
“Barselona”nın prezidenti Xuan Laporta Avropa Super Liqası layihəsini tərk etmək qərarının səbəblərini açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbəri bu layihənin reallaşdırılmasının mümkün olmadığını bildirib:
“Super Liqa “Barselona” üçün heç bir üstünlük vəd etmirdi. Bu, həyata keçirilməsi mümkün olmayan bir layihə idi. Yalnız xərclər var idi, heç bir fayda yox idi”.
O, layihə daxilində münasibətlərin də qənaətbəxş olmadığını vurğulayıb:
“Özümüzü rahat hiss etmirdik, çünki “Real”la münasibətlərimiz ən yaxşı səviyyədə deyildi”.
Laporta əlavə edib ki, “Barselona” artıq rəsmi şəkildə Super Liqadan çıxdığını elan edib və Avropa futbol ailəsinə qayıdıb:
“Avropa ailəsinə geri döndük. Super Liqadan çıxışımızı rəsmən açıqladıq. FİFA ilə münasibətləri qaydaya saldıq. Aleksander Çeferinlə (FİFA-nın prezidenti) aramızda hər şey qaydasındadır. Avropa futbolunun dayanıqlı inkişafı naminə bütün təşkilatlara geri dönəcəyik”.
Bizi Facebook-da izləyin



