“Kəpəz”lə “Sabah”ın futbolçuları diskvalifikasiya olundu

AFFA İntizam Komitəsi “Kəpəz” və “Sabah” klublarını cərimələyib.

Komanda.az xəbər verir ki, bu barədə qərar qurumun iclasında qəbul edilb.

Əvəzedicilər Liqasının 17-ci turunda “Kəpəz-2″nin futbolçusu Nihad İsaqov aqressiv davranışa və rəqibi təhrik etməyə görə birbaşa qırmızı vərəqə alıb. O, 6 oyunluq diskvalifikasiya olunub, klubu 300 manat cərimələnib.

Sözügedən matçda “Sabah-2″nin futbolçusu Həmzəalı Mikayılov da qaydaları pozub. O, təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığına görə qarşıdakı 2 oyunu buraxacaq. Bakı komandası isə 150 manat cərimə ödəyəcək.

Bundan başqa, “bayquşlar”ın məşqçisi Din Haliloviç hakimin qərarına etiraz etdiyindən birbaşa qırmızı vərəqə alaraq 2 oyunluq cəzalandırılıb. Bu davranışa görə “Sabah” 500 manat ziyana düşüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button