Maldini gedir, Kyellini gəlir?

İtaliya millisinin texniki direktoru Paolo Maldini vəzifəsindən ayrılacağı təqdirdə, onu Corco Kyellini əvəz edə bilər.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Maldininin mümkün gedişi Andrea Pirlo ilə bağlı yaranmış qalmaqaldan sonra gündəmə gəlib. Pirlo Rusiya bukmeker şirkəti ilə əlaqələrinə görə artıq milli komandanın baş məşqçi postuna namizəd olmadığını açıqlayıb.

Hazırda “Yuventus”un idarəetmə heyətində çalışan Kyellini texniki direktor təyin ediləcəyi halda, Antonio Konte baş məşqçi postuna əsas namizədlərdən biri ola bilər.

Konte daha əvvəl Maldini və komandasının hazırladığı namizədlər siyahısında yer almayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button