Kyellini təsdiqlədi – Okeanın o tayına gedir

“Yuventus”dan azad agent kimi ayrılan italiyalı müdafiəçi Corco Kyellini tezliklə rəsmi olaraq MLS-də mübarizə aparan “Los Anceles” klubunun futbolçusu olacaq. 

Komanda.az xəbər verir ki, Kyellini artıq ABŞ klubunun bu barədə “tvitter”dəki paylaşımına cavab da verib. O, karyerasını bu ölkədə davam etdirəcəyini təsdiqləyib. 

37 yaşlı Kyellini 2005-ci ildə “Fiorentina”dan 7,7 milyon avroya “Yuventus”a keçib. O vaxtdan bəri futbolçu Turin klubunda 559 oyun keçirib, 36 qol vurub və 25 məhsuldar ötürmə edib. O, “Yuventus”la 9 dəfə İtaliya çempionatının, 5 dəfə İtaliya kubokunun və superkubokunun qalibi, həmçinin 2006/2007 mövsümündə B Seriyasının çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button