Kurtua Belçika millisinin baş məşqçisini “yalançı” adlandırdı

“Real”ın və Belçika millisinin qapıçısı Tibo Kurtua ilə yığmanın baş məşqçisi Domeniko Tedesko arasında narazılıq böyüməkdə davam edir. Əvvəllər baş məşqçi ilə qapıçı arasında münaqişə yaranmışdı.

Komanda.az xəbər verir ki, qapıçı 2024-cü il Avropa çempionatının seçmə oyunu öncəsi, iyun ayında gözlənilmədən Belçika millisini tərk edib. Onun millinin kapitanı olmaq istədiyi, Tedeskonun ona sarğını verməkdən imtina etdiyi bildirilirdi.

Kurtua hazırda zədəsini sağaldır.

Tedesko ilə müqavilənin uzadılması münasibətilə keçirilən mətbuat konfransında ondan Kurtua ilə bağlı vəziyyət soruşulub. Baş məşqçi belə cavab verib:

“Hələlik yeni məlumat yoxdur. Yaxşı ki, o, məşqlərə başlayıb. Ümid edirəm ki, tezliklə sağalacaq və oynamağa hazır olacaq. Əsas odur.

O, dərhal və vicdanla Avropa çempionatına getməyəcəyini açıqladı. Bu, onun tərəfindən ədalətlidir. Bunu ona görə etdi ki, biz planlar qura bilək. Məncə, yeni məlumat yoxdur. Mən hər şeyi, tamamilə hər şeyi sınamışam”.

Bundan sonra sosial şəbəkədə Tedeskonun cavabının videosu yayılıb. Orada baş məşqçinin son ifadəsi yer alır. Kurtua, videonun altında Pinokkionun burnu olan 3 emoji yerləşdirib. Bu emoji “yalançı” mənasına gəlir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button