Kurtua AÇ-2024-də olmayacaq

“Real”ın qapıçısı Tibo Kurtua Belçika millisinin heyətində yayda keçiriləcək Avropa çempionatında oynamayacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, millinin baş məşqçisi Dominik Tedesko qapıçını turnirin iştirak ərizəsinə daxil etməyib.

Xatırladaq ki, Kurtua dizində çarpaz bağlardan zədə aldığı üçün 8 ay yaşıl meydanlardan kənarda qalıb. Belçikalı futbolçu zədədən sonra mövsümün ilk matçını yalnız may ayının əvvəlində keçirib.

Belçika millisinin Avropa çempionatı üçün iştirak ərizəsinə Kun Kastells, Matz Sels və Tomas Kaminski kimi qapıçılar daxil edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button