Kuman Mourinyo, Ranyeri və Benitesə çatdı

“Barselona”nın niderlandlı baş məşqçisi Ronald Kuman UEFA Çempionlar Liqasında 6-ci klubla debüt edib.

Komanda.az xəbər verir ki, təcrübəli mütəxəssis bu yay baş məşqçi təyin olunduğu Kataloniya klubunu ilk avrokubok sınağına çıxarıb.

Bunadək niderlandlı 5 müxtəlif komanda ilə qitənin ən nüfuzlu klub turnirində iş başında olmuşdu. 57 yaşlı mütəxəssis daha öncə “Alkmaar”, “Valensiya”, PSV, “Benfika” və “Ayaks”ı da çalışdırıb.

Kuman 6-ya çatmaqla Joze Mourinyo, Klaudio Ranyeri və Rafael Benitesin göstəricisini təkrarlayıb.

Mütləq rekord isə Karlo Ançelottiyə məxsusdur. İtaliyalı 8 klubla Çempionlar Liqası matçına çıxıb.