Neymarı belə tərifləyən olmamışdı

“Çelsi”nin müdafiəçisi Xalidu Kulibali PSJ-nin hücumçusu Neymarın çıxışını dəyərləndirib.

Komanda.az “Goal”-a istinadən xəbər verir ki, o, braziliyalının çox ağıllı olduğunu deyib:

“PSJ-yə qarşı oynayanda Neymarla üz-üzə gəldim. O, topu inanılmaz idarə edir. Çox ağıllıdır. Daim driblinq etməyə çalışır. Düzgün ötürmələr edir, qapıya zərbələr endirir. Buna görə də, onu ən yaxşılardan hesab edirəm”.

Neymar Fransa çempionatının 24-cü turunun “Lill”lə oyununda (4:3) zədələnib. O, 2022/23 mövsümündə Liqa 1-də 20 oyuna çıxıb, 13 qol vurub və 11 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button