“Kuboka doğru bir addım daha atdıq” – Messi

Argentina millisinin kapitanı Lionel Messi DÇ-2022-nin 1/8 final mərhələsinin Avstraliya yığması ilə oyunu (2:1) haqda danışıb.

Komanda.az “Clarin”-ə istinadən xəbər verir ki, o, oyuna nəzarət etdiklərini bildirib:

“Düşünürəm ki, matçın gedişatına tam nəzarət etdik. Təşəbbüsü ələ almağı bacardıq. Bəli, son dəqiqələrdə müəyyən qədər boşluqlarımız oldu”.

Peşəkar karyerasında 1000-ci görüşünə çıxan Messi qələbə qazandıqları üçün sevincli olduğunu da gizlətməyib:

“Matç çox güc tələb etdi. Mən bu qələbəyə sevinirəm. Kuboka doğru bir addım daha atdıq”.

1/4 finalda Argentina millisi Niderland yığması ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button