İtaliya A Seriyası bu tarixdə başlayacaq – nazirdən açıqlama

Koronavirusa görə dayandırılan İtaliya A Seriyasının bərpa vaxtı məlum olub.

Komanda.az xəbər verir ki, A Seriyası iyunun 20-dən başlayacaq. Bu barədə İtaliyanın idman naziri Vinçentso Spadafora yerli mətbuata açıqlamasında deyib:

“Futbolun yenidən başlaması düzgün addımdır. A Seriyasının iyunun 20-dən başlayacağını deyə bilərik. İyunun 13 və 17-də də kubok matçlarının keçirilməsi ehtimalı var”.

Koronavirusa görə İtaliya A Seriyası martdan dayandırılıb.