Konfrans Liqası: “Neftçi”nin potensial rəqiblərinin sayı azalıb

“Neftçi”nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.

Komanda.az xəbər verir ki, Bakı klubu bu gün baş tutacaq püşkatma mərasimində üç komanda və iki cütdən birinə rəqib olacaq.

Püşkdə səpələnmişlər səbətində yer alacaq “Neftçi” ilk duelini Voyvodina” (Serbiya), “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi, “Tirana” (Albaniya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün qalibi, “Debretsen” (Macarıstan) və ya “MOİK 1948”ə (Bolqarıstan) qarşı keçirəcək.

Konfrans Liqasında 2-ci mərhələnin oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button