Konfrans Liqası: Həftənin ən yaxşı oyunçusu bəlli oldu

Avropa Konfrans Liqasında qrup mərhələsinin 6-cı turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu ada İngiltərənin “Vest Hem” klubunun yarımmüdafiəçisi Pablo Fornals layiq görülüb.

İspaniyadan olan 26 yaşlı futbolçu Konfrans Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində Rumıniyanın “Styaua” komandasına 3:0 hesabıyla qalib gəldikləri oyunda dubla imza atıb.

Xatırladaq ki, Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu adına Aleksandr Çavriç (“Slovan”, Slovakiya), Rikkardo Saponara (“Fiorentina”, İtaliya) və Mixal Skoraş (“Lex”, Polşa) da namizəd idi.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button