
Konfrans Liqası: Azərbaycan klublarının ev oyunlarının vaxtı dəqiqləşib
“Neftçi” və “Sabah”ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində avqustun 3-də Bakıda keçirəcəyi oyunların vaxtı dəqiqləşib.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Sabah”ın cavab oyunu saat 20:00 “Bank Respublika Arena”da start götürəcək.
“Ağ-qaralar”ın “Bakcell Arena”dakı oyunu isə saat 21:00-da başlayacaq.
“Neftçi” bu mərhələdə “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün (ilk oyun 2:2) qalibi ilə üz-üzə gələcək. “Sabah” isə “Makedoniya” (Şimali Makedoniya) – RFŞ (Latviya) duelinin (ilk oyun – 0:1) güclüsü ilə qarşılaşacaq. Hər iki komandanın ilk görüşü səfərdə olacaq.
“Qəbələ” Kiprin “Omoniya” komandası ilə ilk matçını iyulun 27-də evdə, cavab görüşünü avqustun 3-də səfərdə keçirəcək. Oyunlar müvafiq olaraq saat 20:00 və 21:00-a təyin edilib.
Bizi Facebook-da izləyin



