Bu gün Konfrans Liqasında 1/4 finalın cütləri məlum olacaq

Bu gün UEFA Konfrans Liqasında 1/4 final, yarımfinal mərhələlərinin, eyni zamanda finalın püşkü atılacaq.

Komanda.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutacaq püşkatma saat 17:00-da başlayacaq.

1/4 finaldakı cütlərlə yanaşı, yarımfinalda üz-üzə gələcək potensial rəqiblər də müəyyənləşəcək. Ən güclü 8 komanda arasında yer alan Türkiyə klubu “Fənərbaxça” da son rəqiblərini öyrənəcək.

Konfrans Liqasının 1/4 final mərhələsinin iştirakçıları: PAOK, “Olimpiakos” (hər ikisi Yunanıstan), “Viktoriya” (Çexiya), “Aston Villa” (İngiltərə), “Brügge” (Belçika), “Fənərbaxça” (Türkiyə), “Lill” (Fransa), “Fiorentina” (İtaliya).

1/4 final mərhələsinin oyunları aprelin 11-də və 18-də, yarımfinalın matçları isə mayın 2-də və 9-da keçiriləcək. Final görüşü mayın 29-da Afinadakı “Ayasofiya” stadionunda olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button