“Komandaya güclü Morata lazımdır” – Simeone

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone hücumçu Alvaro Moratanın qolsuzluq seriyası haqda fikirlərini bölüşüb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, bunları deyib:

“Komandanın rifahı üçün çalışmaq vacibdir, Alvaro məhz bunu edir. Son matçda onun cəmi bir qol şansı olub. Morata komandaya, komandaya isə güclü Morata lazımdır”.

31 yaşlı futbolçu İspaniya çempionatında ardıcıl 3 turdur qol vurmayıb. Morata bu mövsüm “Atletiko”nun heyətində 18 oyun keçirib, 12 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button