“Komandadan ayrıldığımı deyəndə, onların əksəriyyəti ağladı” – Sarri

“Yuventus”un baş məşqçisi Mauritsio Sarri “Çelsi”dəki karyerası ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, italiyalı mütəxəssis, London klubunda çalışdığı vaxtla bağlı danışıb:

“Nə qədər yüksəkdə olsan, futbolçularla münasibət qurmaq bir o qədər çətin olar. Bəzən futbolçularla bu münasibəti qurmaq daha çox vaxt aparır. “Çelsi”nin üzvləri ilə ziddiyətli münasibətim var idi. Amma komandadan ayrıldığımı deyəndə, onların əksəriyyəti ağladı.

Futbolçuların səhvləri barədə çox, yaxşı nüansları barədə az danışıram. Bunun onlara böyük təsirinin olduğunu düşünürəm. Məncə, futbolçulara xarakterinizi aşılayandan sonra onlar yeni nələrsə öyrənəcəklər. Bəzən futbolu buraxmaq istəyən futbolçular məşqlərlə bağlı məndən ipucu istəyirlər”.

Sarri 2018-2019-cu illərdə “Çelsi”də çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button