Klubun avtobusu qəzaya düşüb, xəsarət alanlar var – Azərbaycanda

Azərbaycanda futbol klubunun avtobusu qəzaya düşüb, xəsarət alanlar var.

Peşəkar Futbol Liqasından Komanda.az-a verilən məlumata görə, hadisə bu gün, “Mingəçevir” futbol komandası 1-ci divizionun 20-ci turu çərçivəsində “Şamaxı-2” ilə səfər oyununa gedərkən baş verib.

Komandanı aparan avtobus yolda qəzaya uğrayıb. Son məlumata əsasən, futbolçular və rəhbərlik heyəti arasında xəsarət alanlar olsa da, həyatını itirən yoxdur.

Bu fors-major hal nəzərə alınaraq, PFL tərəfindən bu günə nəzərdə tutulan “Şamaxı-2” – “Mingəçevir” görüşü təxirə salınıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button