Klopp: “O da hazır olacaq”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 18-ci turunun “Lester”lə oyunundan öncə futbolçuları haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, müdafiəçi İbrahima Konatenin məşqlərə başladığını bildirib:

“Aston Villa” ilə matçdan sonra futbolçularımızın zədə problemi yoxdur. Konate indi bizimlə məşq edir. “Astin Villa” ilə matça qədər o da hazır olacaq. Bu səbəbdən, hazırda xoşbəxtəm. “Lester”lə çox çətin qarşılaşma olacaq”.

Mersisayd təmsilçisi Premyer Liqanın 18-ci turunda “Lester”lə qarşılaşacaq. Bu gün keçiriləcək oyun saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button