Kloppun “Liverpul” rəhbərliyindən istəyi – Mbappe!

“Liverpul”un baş məşqçisi Yurgen Klopp klubu PSJ-nin hücumçusu Kilian Mbappeni transfer etməyə çağırıb.

Komanda.az “Defensa Central”-a istinadən xəbər verir ki, Klopp hücum xəttini gücləndirməyi düşünür. Luis Diaz, Darvin Nunyes və Dioqo Jotanın zədəli olması 55 yaşlı alman mütəxəssisi transfer barədə düşünməyə vadar edib.

Mbappe 2018-ci ilin iyulundan PSJ-də çıxış edir. O, bu mövsüm bütün turnirlər daxil olmaqla 20 oyuna çıxıb, 19 qol vurub və 5 məhsuldar ötürmə edib. 23 yaşlı hücumçunun Fransa klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button