Klopp: “Problem ondadır ki, “Tottenhem” heç nəyi dəyişmir”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Premyer Liqanın 34-cü turunun “Tottenhem”lə oyununda (4:3) qazandıqları qələbədən danışıb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, alman mütəxəssis “Tottenhem”in əks-hücumlarının problem yaratdığını deyib:

“Birinci hissənin əhəmiyyətli bir hissəsində ən yaxşı futbolumuzu göstərdik. İlk hissə yaxşı keçdi, ilk dəfə müdafiədə səhv oynadığımızda qol buraxdıq. Problem ondadır ki, “Tottenhem” heç nəyi dəyişmir. Onlar hətta hesab 1:3 olanda da əks-hücumlar edir. Rəqib sadəcə müdafiə olunur, əks-hücum edir, təyinatlı fiqurlardan istifadə edir və bu, hər şeyi çətinləşdirir.

Biz Jota sayəsində qurtardıq. Hamı evə sevinclə gedir, amma baş məşqçi mənəm və hər şeyi həll etməliyəm. Üç gündən sonra daha yaxşı oynamalıyıq”.

“Liverpul” 56 xalla Premyer Liqanın turnir cədvəlində 5-ci pillədədir. “Tottenhem” 54 xalla 6-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button