Kimisi topdaşıyana, kimi xərəkdaşıyana, kimisi də oyunu gecikdirdiyinə görə cəza alır

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda birinci divizionun son turunda baş verən qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

1-ci divizionun 19-cu turunun “Qaradağ Lökbatan” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilib.

“Qarabağ-2” komandasının futbolçusu Musa Musazadə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılıb və klub 20 manat cərimə edilib.

“Qaradağ Lökbatan” klubu tərəfindən oyun topdaşıyan və xərəkdaşıyanlarla vaxtında təmin edilmədiyinə görə “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilib.

19-cu turun “Mingəçevir” – “İmişli” oyununda “İmişli” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilib.

“Mingəçevir” – “İmişli” oyununda meydançaya kənar şəxsin daxil olmasına görə “Mingəçevir” klubu 160 manat cərimə edilib.

19-cu turun MOİK – “Şamaxı” oyununda topdaşıyanlar oyun zamanı toplarla artıq rəftar etdiyinə görə MOİK klubu 80 manat cərimə edilib.

19-cu turun “Araz Naxçıvan” – “Kəpəz-2” oyununda “Kəpəz-2” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilib.

19-cu turun “Qəbələ-2” – “Sumqayıt-2” oyununda topdaşıyanların say tərkibinin pozulmasına görə “Qəbələ-2” komandası 80 manat cərimə edilib.

“Sumqayıt-2” komandası oyunu gecikdirdiyinə görə 80 manat cərimə edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button