“Keşlə” hazırlığa başladı – Yeni transfer də komandaya qoşuldu

“Keşlə”də istirahət başa çatıb. 

Komanda.az klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi “ASK Arena”da hazırlığa başlayıb. Komandanın yeni transferi Şohruh Qodoyev də hazırlıqda iştirak edir.

“Keşlə” yanvarın 12-də Antalyaya yollanacaq. “Ağ-qırmızılar” ilk sınağında Almaniyanın 3-cü Bundesliqasında çıxış edən “Tsvikkau” ilə qarılaşacaq. Görüş yanvarın 17-də olacaq. Tərlan Əhmədovun komandası bu oyundan beş gün sonra Tula “Arsenal”ı ilə qüvvəsini sınayacaq.

“Keşlə” Antalyada son oyununu yanvarın 24-də Slovakiyanın yüksək liqa təmsilçisi “Zemplin”ə qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button