“PSJ Mbappe ilə istənilən rəqibi məhv edə bilər”

Fransa millisinin keçmiş futbolçusu David Jinola UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ – “Bayern” (0:1) oyununu dəyərləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Fransa klubunu “ikiüzlü” adlandırıb:

“Bu, ikiüzlü PSJ idi. Kilian Mbappe meydana çıxanda ehtiyac duyduğu iki futbolçunu – Neymar və Lionel Messini axtarırdı. Cavab oyunu öncəsi parislilər üçün yaxşı nəticə oldu. Çünki PSJ Mbappe ilə istənilən rəqibi məhv edə bilər. Bunu bir daha dərk etdilər”.

24 yaşlı Mbappe qarşılaşmanın ikinci hissəsində meydana daxil olduqdan sonra iki qol vursa da, oyundankənar vəziyyət olduğu üçün sayılmayıb.

“Bayern” – PSJ cütünün cavab qarşılaşması martın 8-də, Münhendə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button