Kazemiro “Real”ın futbolçusunu təəccübləndirib

“Real”ın yarımmüdafiəçisi Toni Kroos Kazemironun “Mançester Yunayted”ə keçidinə təəccübləndiyini etiraf edib.

Komanda.az İspaniya mətbuatına istinadə xəbər verir ki, Kroos, Kazemironun yeni kluba keçmək üçün uyğun yaşda olduğunu deyib:

“Bu qərar məni təəccübləndirdi. Kazemiro yeni bir şey sınamaq istəyirdi. Onun 30 yaşı var və bilir ki, iki-üç ildən sonra belə imkanı olmayacaq. İndi o, yeni addım üçün çox yaxşı yaşdadır. Kazemironun “Mançester Yunayted”ə keçəcəyi barədə mətbuatda çox məlumat yayıldı. Əvvəlcə bunu heç gözləmirdim və bunun sadəcə şayiə olduğunu düşündüm. Kazemironun gedişi mənim üçün sürpriz oldu. Çempionlar Liqası əvəzinə Avropa Liqasında olan komandanı seçməsi… Böyük fərq var”.

30 yaşlı braziliyalı bir müddət öncə “Real”dan “Mançester Yunayted”ə keçib. Kazemironun MY ilə müqaviləsi daha bir il uzadılma şərti ilə 2026-cı ilə qədər hesablanıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button