“Biz döyüşməyə hazırıq” – “Arsenal”ın hücumçusu

“Arsenal”ın hücumçusu Kay Haverts Çempionlar Liqasının 1/4 finalında “Bayern”lə matçlardan gözləntilərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, alman futbolçu onlar üçün çox çətin oyunlar olacağını bildirib:

“Bayern” üçün mövsümün onların düşündükləri qədər pis olduğunu düşünmürəm. Təxminən bir ay əvvəl komanda “Bayer”dən cəmi iki xal geri qalırdı. Təbii ki, indi fərq bir az da artıb. Amma inanıram ki, “Bayern” indi bütün diqqətini Çempionlar Liqasına yönəldəcək. Bu, çox yaxşı baş məşqçisi olan əla komandadır. Ona görə də, düşünürəm ki, bizim üçün çox, çox çətin matç olacaq. Biz döyüşməyə hazırıq və yarımfinala çıxmaq üçün əlimizdən gələni edəcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button