Kavani İspaniya klubu ilə müqaviləsini ləğv edir

Uruqvaylı hücumçu Edinson Kavani “Valensiya” ilə müqaviləsini ləğv edəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq Argentina təmsilçisi “Boka Xuniors” 36 yaşlı futbolçuya rəsmi müqavilə təklifi göndərib. Danışıqlar davam edir və Argentina klubu ən qısa zamanda müqavilə bağlamağa ümid edir.

Kavani peşəkar karyerasına 2005-ci ildə Uruqvayın “Danubio” klubunda başlayıb. O, karyerası ərzində İtaliyanın “Palermo” və “Napoli”, həmçinin Fransanın PSJ, İngiltərənin “Mançester Yunayted” klublarında çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button