Kasilyas keçmiş klubundan 3,7 milyon avro tələb edir

İspaniya millisinin və “Real”ın sabiq qapıçısı İker Kasilyas keçmiş klubu “Portu”dan ciddi məbləğdə kompensasiya tələb edir.

Komanda.az AS-a istinadən xəbər verir ki, sabiq futbolçu, Portuqaliya komandasında məşq zamanı keçirdiyi infarkt səbəbilə 3,7 milyon avro təzminat istəyir. Hadisədən bir neçə ay sonra Kasilyas peşəkar karyerasını başa vurmaq qərarına gəlmişdi.

O, iddia edir ki, ürək tutması məşq zamanı həddindən artıq fiziki yüklənmə nəticəsində baş verib və bu hadisə onun həyatına ciddi təsir göstərib:

“İdman zalına gedirəm, padel (tennis) oynayıram, amma çox qaça bilmirəm. Maksimum 50 metr”.

Kasilyas 2020-ci ilin yayında karyerasını başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button