Kapitan narazıdır

“Real”da müdafiəçi Dani Karvahalla baş məşqçi Alvaro Arbeloa arasında münasibətlərin gərgin olduğu bildirilir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu”nun kapitanı baş məşqçinin ona ədalətsiz davrandığını hesab edir. İspaniyalı futbolçu, Arbeloanın əsas heyətdə Trent Aleksander-Arnolda üstünlük verməklə onu DÇ-2026 üçün şanssız vəziyyətə saldığını düşünür.

Digər tərəfdən, baş məşqçinin də Karvahalın ehtiyat oyunçu roluna reaksiyasından narazı olduğu bildirilir. Bununla belə, Arbeloanın Aleksander-Arnoldu əsas planlardan çıxarmaq fikrində olmadığı deyilir.

Karvahal bu mövsüm bütün turnirlərdə 20 oyunda meydana çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button