Kapitan “el klasiko”nu buraxacaq

“Real”ın kapitanı Dani Karvahal zədə səbəbindən komandanı müvəqqəti olaraq tərk edib.

Komanda.az “kral klubu”nun rəsmi məlumatına istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi ayaq barmağının distal falanqasının (dırnağa yaxın hissə) sınığı səbəbilə sıradan çıxıb. Onun bərpa müddəti təxminən iki həftə olacaq.

Karvahal bu səbəbdən, həm “Espanyol”la, həm də mayın 10-da keçiriləcək “Barselona” ilə “el klasiko” matçında iştirak edə bilməyəcək. O, bu mövsüm ümumilikdə 20 oyuna çıxıb.

“Real” hazırda La Liqada turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Barselona”dan 11 xal geri qalır. Çempionatın başa çatmasına beş tur qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button