Kapitanın 250-ci oyunu

“Turan Tovuz”un futbolçusu Şəhriyar Əliyev Azərbaycan çempionatlarında yubiley oyununu keçirib.

Komanda.az xəbər verir ki, kapitan Premyer Liqada 250-ci oyununa çıxıb.

Bu, 7-ci turda “Sumqayıt”la keçirilən səfər oyununa (0:0) təsadüf edib. 31 yaşlı mərkəz müdafiəçisi bu müddət ərzində 11 qol vurub.

Əliyev ölkə çempionatları tarixində 250 və daha çox oyun keçirən 71-ci futbolçudur. Premyer Liqada 2011/2012 mövsümündə “Bakı”nın heyətində debüt edən müdafiəçi indiyə qədər 6 klubun formasını geyinib. Paytaxtın eyniadlı komandasında 54, “Qarabağ”da 2, “Kəpəz”də 76 (2 qol), “Sumqayıt”da 34 (3 qol), “Şamaxı”da 45 (2 qol) matça çıxan futbolçu indiki klubunda 39 oyunda (4 qol) forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button