
Özbəkistan millisi uduzdu, Kannavaro razı qaldı
Özbəkistan millisinin baş məşqçisi Fabio Kannavaro Niderland yığması ilə yoxlama oyunundan (1:2) sonra açıqlama verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, iyunun 11-də start götürəcək dünya çempionatında iştirak edəcək Özbəkistan millisinin baş məşqçisi qarşılaşmadan razı qaldığını bildirib:
“Bu kimi komandalarla qarşılaşmaq çox çətindir, amma futbolçularımın oyununda bir çox müsbət cəhətlər gördüm. Bizə öyrənə və təcrübə qazana biləcəyimiz belə oyunlar lazımdır. Ümumilikdə, oyunumuzdan məmnunam. Fiziki hazırlığımız üzərində yaxşı işlədik”.
Özbəkistan millisi 2026-cı il dünya çempionatının qrup mərhələsində Portuqaliya, Konqo Demokratik Respublikası və Kolumbiya yığmaları ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



