Kannavaro İtaliya klubunun baş məşqçisi ola bilər

İtaliyalı mütəxəssis Fabio Kannavaro B Seriyası komandasına rəhbərlik edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “tvitter” hesabında məlumat yayıb.

49 yaşlı italiyalı B Seriyasında çıxış edən “Benevento”nun baş məşqçisi ola bilər. Bu, onun İtaliyada məşqçi kimi ilk təcrübəsi olacaq.

Kannavaronun son klubu 2021-ci ilin sentyabrında tərk etdiyi Çinin “Quançjou” komandası olub.

Bizi Telegramda izləyin