Kamerunlu hücumçu “Beşiktaş” üçün tibbi müayinədən keçdi

Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, “qara qartallar” “Portu”dan Vensan Abubakarı transfer etməyə yaxındır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə, 28 yaşlı hücumçunun “Beşiktaş” üçün tibbi müayinədən keçdiyi bildirilib.

“Beşiktaş” kamerunlu futbolçu ilə 1+1 illik müqavilə imzalayacaq. Abubakar 2016/17 mövsümündə də Super Liqa klubunda çıxış edib.