Kamavinqanın əsas tələbi nədir?

“Çelsi” “Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa ilə maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London təmsilçisinin transfer yarışında ciddi çətinliklərlə üzləşə biləcəyi deyilir.

Fransalı futbolçunun əsas şərti UEFA Çempionlar Liqasında çıxış edən klubda oynamaqdır. “Çelsi” növbəti mövsüm üçün turnirə vəsiqə qazana bilməsə, Kamavinqanın transferi baş tutmaya bilər.

22 yaşlı yarımmüdafiəçi “Real”a 2021-ci ildə, “Renn”dən 31 milyon avroya transfer olunub. Onun müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. O, cari mövsümdə 34 oyunda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.

“Çelsi” hazırda Premyer Liqa çərçivəsində keçirdiyi 31 oyundan sonra topladığı 48 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Komanda Çempionlar Liqasına vəsiqə qazanmaq üçün mövsümü ən azı ilk beşlikdə başa vurmalıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button