“Kəpəz” Premyer Liqaya hazırlığı harda keçirəcək? – açıqlama

“Futbolçularımız sonuncu oyundan sonra istirahətə buraxılıblar. Yay toplanışı ilə bağlı dəqiq məlumat yoxdur”.

Bu sözləri Komanda.az-a açıqlamasında “Kəpəz” klubunun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev deyib. O, klubla bağlı müəyyən məsələlərin yaxın günlərdə açıqlanacağını bildirib:

“Komandanın yay toplanışı ilə bağlı dəqiq bir məlumat yoxdur. Bir neçə gün içərisində ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Mustafayev, baş məşqçi ilə bağlı məsələyə də yaxın günlərdə aydınlıq gələcəyini deyib:

“Hazırda komandanın baş məşqçisi Yaşar Vahabzadədir. Dəyişiklik olsa, məlumat veriləcək. Yaxın günlərdə bütün məsələlərə aydınlıq gələcək”.

“Kəpəz” qarşıdakı mövsümdə Azərbaycan Premyer Liqasında çıxış edəcək.

Bizi Telegramda izləyin

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button