Jurnalistdən Fabinyoya qiymətli hədiyyə – VİDEO

Yay transfer pəncərəsində “Liverpul”u “Əl-İttihad”a dəyişən Fabinyoya debüt matçında “Rolex” markalı qol saatı hədiyyə edilib.

Komanda.az “Goal”-a istinadən xəbər verir ki, ərəb jurnalistin braziliyalıya hədiyyə etdiyi saatın qiymətinin təxminən 155967 manat olduğu bildirilib.

Fabinyo qol saatını taxmağa çalışarkən onu yerə salıb və həmin epizod kameralara yaxalanıb.

“Əl-İttifaq” Səudiyyə Ərəbistanı çempionatının birinci turunun “Əl-Raed”la matçında 3:0 hesablı qələbə qazanıb.

“Əl-İttihad” yay transfer pəncərəsində “Real”dan Kərim Benzema, “Çelsi”dən Nqolo Kante və “Liverpul”dan Fabinyo ilə güclənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button