Jirunun Kərimə yazdığı mesaj

Fransa millisinin hücumçusu Olivye Jiru Kərim Benzemanın yığmadan getməsinə münasibət bildirib.

Komanda.az “Canal+”a istinadən xəbər verir ki, Jiru, Benzemaya mesaj yazdığını deyib:

“O gedən kimi ona mesaj yazdım, çünki onunla vidalaşa bilmədik. Bu, səmimi və kortəbii idi. Ona yazdım ki, gedişinə əsəbiləşdik. Bəzən futbolda bəzi futbolçuların zədələnməsi digərlərinə fayda verir. Amma bu, mənim əlimdə olan məsələ deyil. Heç vaxt açıqlama verməmişəm, özümü yaxşı hiss etdiyimi və ya Kərimin getməsinə sevindiyimi deməmişəm. Eyni insanlar həmişə komandada qalmaqal axtarmağa çalışırlar”.

35 yaşlı Benzema ötən il dekabrın 19-da Fransa millisini tərk etdiyini açıqlayıb. “Real”ın hücumçusu 2022-ci il dünya çempionatı üçün milli komandanın heyətində yer alsa da, sonradan zədə səbəbindən turniri buraxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button