Balotellinin yeni ünvanı bilindi

İtalyan hücumçu Mario Balotellinin yeni ünvanı bilinib.

Komanda.az xəbər verir ki, 30 yaşlı futbolçu “Montsa” klubuna keçəcək. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, Balotellinin yaxın günlərdə B Seriyası təmsilçisi üçün tibbi müayinədən keçəcəyi bildirilib.

Azad agent statusuna malik Balotelli yayda “Breşiya” ilə yollarını ayırandan bəri işsizdir. Hücumçu, D Seriyası təmsilçisi “Françakorta” ilə məşqlərə çıxır.

Balotelli daha əvvəl İtaliyada “Milan”, “İnter”, “Breşiya”, İngiltərədə “Mançester Siti”, “Liverpul”, Fransada “Marsel və “Nitsa” kimi klublarda çıxış edib. Hücumçu İtaliya yığmasında 36 oyunda 14 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button