“Yuventus” Ronaldo ilə bağlı qərarını açıqladı

İtaliyanın “Yuventus” klubunda hücumçu Kriştiano Ronaldonun komandadakı gələcəyiylə bağlı qərar verilib.

Komanda.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin idman direktoru Fabio Paratiçi açıqlama verib. İtaliya mətbuatına danışan funksioner, Ronaldonun “Yuventus”da qalacağını deyib:

“Ronaldoya sahibik. O, dünyanın ən yaxşısıdır. Ronaldonu komandada saxlamağa qərar verdik”.

“Yuventus”la 2022-ci ilin yayına qədər müqaviləsi olan Ronaldonun mövsümün sonunda klubdan ayrılacağı iddia olunurdu. Hücumçu ilə İngiltərədən “Mançester Yunayted”, Fransadan PSJ, İspaniyadan isə “Real” klubu yaxından maraqlanırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button