“Məsələ “Roma” olanda hər zaman emosional davranıram” – Totti

İtaliyanın “Roma” klubunun sabiq futbolçusu Françesko Totti açıqlama verib.

Komanda.az xəbər verir ki, İtaliya mətbuatına danışan keçmiş yarımmüdafiəçi, “canavarlar”ın hazırkı durumu haqda bunları söyləyib:

“Qələbə qazanmaq istəyirsizsə, düzgün futbolçulara ehtiyacınız var. Bir klub qazanmaq istəyirsə, düzgün baş məşqçisi olmalıdır. Joze Mourinyoya bütün imkanları vermək və ona evindəki kimi hiss etdirmək lazımdır.

Məsələ “Roma” olanda hər zaman emosional davranıram. Bir azarkeş olaraq komandanın yaxşı vəziyyətdə olmadığını söyləyəndə də sakit qalmağa çalışıram. “Roma”lı deyilsizsə, bu hissləri yaşaya bilməzsiz. Əminəm ki, komanda daha yaxşı olacaq, “Roma” və Mourinyo üzümüzü güldürəcək”.

“Roma” A Seriyasında 7-ci sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button