“Roma”nın türkü üçün iki “elçi”

İtaliyanın “Roma” klubu koronavirus pandemiyasına görə yarana biləcək maliyyə böhranını aradan qaldırmaq üçün futbolçusu Cengiz Ündəri sata bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Football İtalia” saytı məlumat yayıb. “Roma”nın türkiyəli yarımmüdafiəçini yayda satacağı bildirilir.

Ündərlə İspaniyanın “Sevilya” və İngiltərənin “Everton” klubu yaxından maraqlanır. “Roma” 22 yaşlı futbolçusunu 30 milyon avrodan aşağı qiymətə satmayacaq.

2017-ci ildən “Roma”da forma geyinən Cengizin müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button