“Latsio” İmmobileyə qiymət qoydu

İtaliyanın “Latsio” klubu futbolçusu Çiro İmmobileni 80 milyon avrodan aşağı qiymətə satmayacaq.

Komanda.az xəbər verir ki, bu barədə “Tuttosport” nəşri məlumat yayıb. Xəbərdə, “Latsio”nun 30 yaşlı hücumçunu mövsümün sonunda sata biləcəyi qeyd olunub.

İmmobile ilə “Napoli” və “Everton” yaxından maraqlanır.

2016-cı ildən “Latsio”da forma geyinən İmmobilenin hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir. Hücumçu, A Seriyasında 27 qolla bombardirdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button