“Fiorentina”dan 15 milyon avroluq transfer

İtaliyanın “Fiorentina” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Lill”dən Conatan İkonu heyətinə qatıb. Bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.

“Fiorentina” 23 yaşlı yarımmüdafiəçi ilə müqaviləni yanvarın 3-də imzalayacaq. İtaliya klubu İkon üçün “Lill”ə 15 milyon avro ödəyəcək.

İkon “Lill”lə ümumilikdə 150 oyuna çıxıb. O, bu matçlarda 16 qol və 26 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button